Harvardda tələbələr Fələstinə dəstək yürüşü keçirdi: Cəza aldılar

20:01 11 Dekabr 2023

 Harvard Universitetinin yerli nəşri olan "The Crimson" qəzetinin xəbərinə görə  Fələstin tərəfdarı kimi etirazlar təşkil edən 4 tələbə universitetin nizam-intizam şurasına göndərilib.

Sitat.info xəbər verir ki, Harvard Universiteti məsələ ilə bağlı açıqlama verib: "Universitet üzvlərinin normal fəaliyyətlərini yerinə yetirmələrinə mane olan və bəyannaməni pozan hərəkətlər qəbuledilməz davranışdır və nizam-intizam tələb olunur".

Noyabrda universitet şəhərciyində yürüş təşkil edən Fələstin tərəfdarı tələbələrə xəbərdarlıq edilib, onların həbs ediləcəyi və ya dərsdən uzaqlaşdırılacağı düşünülür.

Fələstini dəstəkləyən hərəkətlər təşkil etdiyi üçün intizam şurasına göndərilən tələbələrdən biri Kojo Açempong bu sözləri deyib: "Bunun bizi dayandırmayacağını bilirik. Bu hücumların Fələstin xalqı ilə həmrəyliyimizə mane olmasına heç vaxt icazə verməyəcəyik" . 

Hadisələrə görə, Harvardın prezidenti Klodin Qay da istefaya getməyə məcbur olub.

Son bir ildə rektorluq fəaliyyətinə başlayan Gay müsəlmanlara qarşı hər cür hiss və nifrətin artmasına qarşı mübarizə aparacaqlarını bildiriblər.

Komissiyada verdikləri bəyanatlardan sonra şiddətli tənqid və təzyiqlərlə üzləşən üç rektor istefa vermək məcburiyyətində qalıb.

İsrailə qarşı etirazlarda ifadə azadlığını müdafiə edən Pensilvaniya Universitetinin rektoru Magill tənqid və təzyiqlərdən sonra dünən istefa verib.

Nərgiz,

Sitat.info



Xəbər xətti