Çexiya Ukraynaya ümumi dəyəri təxminən 117 milyard kron (4,7 milyard avro) dəyərində hərbi texnikanın kommersiya tədarükü üçün lisenziya verib. Artıq başa çatdırılmış layihələrin yarısından azı təxminən 51,2 milyard kron təşkil edir.
Sitat.info xəbər verir ki, bunu Çexiyanın müdafiə naziri Jana Çernoxova deyib.
O, qeyd edib ki, Rusiya Federasiyasının tammiqyaslı işğalı başlayandan Çexiya Ukraynaya 6,2 milyard kron dəyərində hərbi texnika, o cümlədən döyüş helikopterləri, tanklar və piyadaların döyüş maşınları tədarük edib.
Çernoxovanın sözlərinə görə, Avropa İttifaqının Ukraynaya hərbi yardım üzrə ötən il Çexiyanın Avropa İttifaqı Şurasına sədrliyi dövründə təsdiq olunmuş missiyası çərçivəsində hazırda 4 minə yaxın ukraynalı əsgər Çexiyada təlim keçib.
Nərgiz,
Sitat.info