Bakıda avtomobil ana və uşağını vurub.
Sitat.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 11.12.2023-cü il tarixdə, saat 10:30 radələrində 1954-cü il təvəllüdlü Qəmnalı Məmməd oğlu İbrahimov "Opel Vektra" markalı avtomaşınla Nizami rayonu ərazisində hərəkətdə olarkən idarə etdiyi avtomobillə ehtiyatsızlıqdan yolun avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hissəsi ilə hərəkətdə olan piyadalar - 1990-cı il təvəllüdlü Ayişə Məhərrəm qızı Aşırova və onun övladı 2015-ci il təvəllüdlü Aysu Elmir qızı Yaqubəliyevanı vurub, piyadalar "Yeni Klinika" xəstəxanasına yerləşdirilib. Ayişə Aşırova aldığı bədən xəsarətlərindən xəstəxanada ölüb.
Toplanmış material üzrə 12.12.2023-cü il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin İŞ-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq davam etdirilir.