Qarabağ səhifəsi bağlandı, qayıtmayacağıq – Erməni yepiskop

16:54 13 Dekabr 2023

Qarabağ səhifəsi bağlandı. İlham Əliyev bizə 1994-cü ildə etməli olub, lakin etmədiyimiz şeyləri öyrədir. Həmin illərdə biz daha da irəli gedib Azərbaycanı sülh müqaviləsinə məcbur edə bilmədik, qorxduq, dayandıq. Bizə ən böyük dərsi azərbaycanlılar verib, amma biz bu dərsi başa düşməyə qadir deyilik.

Sitat.info xəbər verir ki, bunu erməni arxiyepiskopu Mikael Acapaxyan deyib.

“Biz dövlət yaradan xalq ola bilmədik, milli dövlət yaratmağa qadir xalq olmamışıq. Aciz olduğumuza görə itirdik, qorxaq idik, irəli getmək üçün sağda və solda himayədarlar gözləyirdik və uduzmağa davam edəcəyik. Yeni hökumət gəlsə, vəziyyəti dəyişmək mümkün olacaqmı? Düşünürəm ki, geri dönüşü olmayan nöqtəni keçmişik. Dəfələrlə demişəm ki, heç bir şey geridönməz deyil, lakin obyektiv və subyektiv amilləri, xüsusən də subyektiv amilləri nəzərə alsaq, bunun dönməz olduğunu düşünürəm. Bəli, Qarabağı itirdik, Qarabağ səhifəsi bağlandı. Və bütün bu “qayıdacağıq, qayıdaq” kimi ifadələrin hamısı əsassızdır, bunların hamısı boşdur. Qorxaqlığımızla məğlub olduq. Azərbaycan ağıllıdır və bizə ağıllı olmağı öyrədir”, - o bildirib.

 



Xəbər xətti