İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunis və Rəfah şəhərlərinə hücumları nəticəsində ən azı 27 fələstinli həlak olub.
Sitat.info xəbər verir ki, Fələstinin rəsmi agentliyi olan WAFA-nın məlumatına görə, İsrail ordusu Qəzza zolağının şimalında bəzi ərazilərə və cənubda Xan Yunus və Rəfah şəhərlərinə hava zərbələri endirib.
İsrail ordusunun Rəfah şəhərində Aşur və Əbu Ziya ailələrinin evlərinə təşkil etdiyi hücumlarda ən azı 27 fələstinli həlak olub.
Kənan
Sitat.info