Türkiyə, İtaliya və Britaniya müdafiə nazirləri bu gün İstanbulda üçtərəfli görüş keçirəcək.
SİTAT.İNFO xəbər verir ki, Türkiyə milli müdafiə naziri Hulusi Akarın ev sahibliyi ilə bu gün İstanbulda keçiriləcək üçtərəfli görüşdə İtaliya müdafiə naziri Lorenzo Querini və Britaniya müdafiə naziri Ben Uolles iştirak edəcək.
Müdafiə və təhlükəsizlik sahəsində ölkələr arasında əlaqələr və regional məsələlər ətrafında fikir mübadiləsi aparılacaq, Ukrayna kontekstində baş verənlərin də müzakirə olunacağı gözlənilir. (Axar.az)