Böyük Britaniya Ukraynaya yaxın zamanda hərbçi göndərə bilər.
Sitat.info xəbər verir ki, bu sözləri Ukraynanın Britaniyadakı keçmiş səfiri Vadim Pristayko deyib.
O bildirib ki, əgər digər ölkələrdə silah-sursat tədarükü ilə bağlı problem varsa, o zaman onlar Ukraynaya silahlı qüvvələrlə yardım etmək qərarına gələcəklər.
“Elə ölkələr var ki, buna olduqca yaxındır. Britaniya onlardan biridir. Siyahıda birincidir”.