Ölkəmizdə ilk dəfə 15-16 dekabr tarixlərində Azərbaycan Estetik Təbabət Assosiasiyasının (AETA) və onun Anatomiya lahiyəsi olan İCA (İnternational Cadaver Academy), Azərbaycan Rinoloqlar cəmiyyəti, Azərbaycan Otorinolarinqologiya cəmiyyəti və Türkiyənin Uluslararası Sağlık Egitimi Araştırmalar Derneğinin (USEAD) birgə kadavra diseksiya kursu keçirilir.
Bu kursda iştirakçılar Rinoplastika, FESC (Funksional Endoskopik Sinus Cərrahiyyəsi) və Qulaq Cərrahiyyəsi (Otoplastika, Mirinqotomiya, Timpanostomiya, tip Timpanoplastika, Stapedektomiya, Stapedoplastika və s) üzrə nəzəri və praktiki biliklər əldə edəcəklər.
Kursumuzda Uluslararası Sağlık Egitimi Araştırmalar Dərnəyi başkanı Prof. Dr. Selim Erbek, Azərbaycan Otorinolarinqoloqlar Cəmiyyətinin sədri, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Otorinolarinqologiya kafedrasının müdiri Prof. Dr. Nazim Hüseynov və Azərbaycanın baş Otorinolarinqoloqu, Azərbaycan Tibb Universitetinin Otorinolarinqologiya kafedrasının müdiri Prof. Dr. Vəfa Pənahian, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Otorinolarinqologiya kafedrasının assitenti və Azərbaycan Rinoloqlarının Rinologiyanın İnkişafına Dəstək İctimai Biliyinin sədri Phd. Dr. Məzahir Quliyev, Prime Hospitalın Otorinolarinqologu Uzm. Dr. Elnur Əkbərov Kadavra Diseksiyası kursuna rəhbərlik edəcəklər, həmçinin öz bilik və təcrübələrini Azərbaycandan və xaricdən qatılan təlin iştirakçıları bölüşüblər.
Tədbirlə bağlı danışan Lor, estetik cərrah, Azərbaycan Rinoloqlar Cəmiyyətinin sədri DR. Məzahir Quliyev bu cür beynəlxalq təlinin Azərbaycan səhiyyəsi üçün çox əlamətdar bir hadisə olduğunu bildirib: Azərbaycan tarixində bir ilkə imza atıldı. Həm otorinolorinqologiya sahəsində, qulaq-burun-boğaz cərrahiyyəsi sahəsində, həm rinoplastika, həm endoskopik sinus cərrahiyyəsi və qulaq cərrahiyyəsi ilə əlaqədar olaraq xaricdən gəlmiş məsləkdaşlarımıza, həkimlərimizə kadavra üzərində kurs veririk. Bu kursdan məsləkdaşlarımız fərqli şəkildə yararlana bilirlər. Həm kadavra ilə özləri işləyə bilirlər, eyni zamanda həkimlərimiz, rezidentlərimiz onları izləyə bilir. Eyni zamanda həkimlərimiz salondan onları izləyə bilir. Həm Türkiyədən professor Səlim Erbeki dəvət etmişik. O gəlib bizimlə bərabər bu diseksiya kurslarını həyata keçirir. 29 sentyabr-1 oktyabr tarixlərində ilkini həyata keçirdik. Azərbaycandan, eyni zamanda Özbəkistandan qatılan həkimlərimizə Ankarada bu formatda bir kurs verdik. Kadavra üzərində işlərin ilkini orada həyata keçirmişdik. Bu eyni formatda keçirilən ikinci kurs olsa da, Azərbaycan təbabətində bu bir ilk oldu ki, həm rinoplastika, həm endoskopik sinus cərrahiyyəsi, həm də qulaq cərrahiyyəsini kadavra üzərində həyata keçirdik. Kurs hələ də davam. Ümid edirəm ki, həm praktik cərrahlarımız üçün, həm rezidentlər və gənc həkimlərimiz üçün çox faydalı və verimli oldu. Xaricdən, xüsusən də Özbəkistandan 5 həkim bu kursa qatıldı. Bu da bizim üçün qürurvericidir ki, xarici ölkələrdən Azərbaycanımızın tibbinə maraq və diqqət var".
Professor, Beynəlxalq Sağlamlıq Tədrisi Dərnəyinin başqanı Səlim Erbek də Sitat.info-ya danışarkən bildirib ki, Ankaradan Bakıya bu kursda iştirak üçün gəlməkdən məmnundur. Qeyd edib ki, kadavea kusrları tibb təlimlərinin ən vacib hissəsidir və tibb elmində təlim-tədris bitməyən prosesdir.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.