Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2023-cü ilin sonunda Azərbaycanın iqtisadi artımını 1,5%, orta illik inflyasiyanı 10,3% proqnozlaşdırır.
Sitat.info xəbər verir ki, bununla bağlı “İnterfaks Azərbaycan” məlumat yayıb.
AYİB-in proqnozuna görə, neft hasilatının azalmasına və qaz hasilatının artmasına baxmayaraq, bu sahədə əldə olunan gəlirlər öz yüksək səviyyəsini qoruyacaq.
Proqnozda cari il üçün ÜDM-in artımı 1.5%, 2024-cü il üçün isə 2,5%-dək nəzərdə tutulub.
Məlumatda eyni zamanda növbəti ildə qeyri-neft sektoruna investisiya qoyulmasının prioritet olacağı vurğulanıb.