Qəzza ilə telefon və internet əlaqəsi kəsildi

15:08 20 Dekabr 2023

İsrailin hücumları səbəbindən Qəzza zolağının böyük bir hissəsində rabitə və internet xidməti yenidən kəsilib.
Sitat.info xəbər verir ki, Fələstində telekommunikasiya sahəsində xidmət göstərən iki şirkət Jawwal və Ooredoo, mövzu ilə bağlı iki ayrı açıqlama verib. 
Cəvval Qəzza zolağında rabitə və internet xidmətlərində “tamamilə kəsilmə” olduğunu açıqlayıb.
Bu İsrailin bölgəyə hücumları başladığı 7 oktyabrdan bəri şirkətin xidmətlərində yaşanan 7-ci fasilə olub. “Təəssüflə bildiririk ki, Qəzza zolağında bütün rabitə və internet xidmətləri tamamilə kəsilib". 

Ooredoo şirkəti həmçinin bildirib ki, Qəzza zolağının cənubunda və mərkəzində, eləcə də şimalda rabitə xidmətlərində yaranan kəsinti hücumların başlanmasından bəri onun xidmətlərindəki yeddinci fasilədir.

Nərgiz,

Sitat.info



Xəbər xətti