Qəzza üzrə səsvermə üçüncü dəfə təxirə salınıb

23:38 20 Dekabr 2023

BMT Təhlükəsizlik Şurasında Qəzzaya humanitar yardımların maneəsiz daxil olması üçün hərbi əməliyyatların dayandırılmasını tələb edən qətnamə layihəsinin səsverməsi razılaşma əldə olunmadığı üçün üçüncü dəfə təxirə salınıb. Səsvermənin sabah (cümə axşamı) keçirilməsi planlaşdırılır.

Sitat.info xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının Dövr Prezidenti Ekvadorun BMT-dəki daimi nümayəndəsi Xose De La Qaska və Birləşmiş Ərəb Əmirliklərinin BMT-dəki daimi nümayəndəsi Lana Nuseybe qanun layihəsi ilə bağlı keçirilən qapalı iclasdan sonra mətbuata açıqlama veriblər.

Qaska deyib: "BMT TŞ qətnamə layihəsi ilə bağlı danışıqları davam etdirmək və diplomatiyaya bir az daha vaxt vermək qərarına gəlib. Qətnamə layihəsi ilə bağlı səsverməni sabah səhərə təxirə salırıq".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti