Oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 20 mini keçib
Sitat.info xəbər verir ki, Qəzza hökumətinin Media Ofisindən verilən açıqlamada İsrail ordusunun 75 gündür Qəzzaya hücumları ilə bağlı məlumat verilib.
Açıqlamada, İsrailin oktyabrın 7-dən bu yana Qəzzaya təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayının 20 mini keçdiyi, onlardan ən azı 8 mini uşaq, 6 min 200 nəfərinin qadın olduğu bildirilib.
Kənan
Sitat.info