Babayan Bakı ilə danışmaq üçün “təkidlə” icazə istəyir - Video

12:37 21 Dekabr 2023

Qarabağ separatçısı Samvel Şahramanyan 44 günlük müharibənin şərtlərini araşdırmaq üçün Ermənistan parlament komissiyasının iclasında iştirak etdikdən sonra İrəvan hakimiyyəti ilə yaxınlaşıb.

Sitat.info xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Əlbəttə, söhbət yüksək rütbəli dairələrlə yaxınlaşmaqdan getmir. Çünki Qarabağdan gəldikdən sonra o, hələ də Paşinyanın qəbuluna düşməyib. Lakin Şahramanyan onun başının altına yastıq qoymağa və onu Qarabağa aid proseslərdən uzaqlaşdırmağa çalışan orta dairələrlə yaxınlaşıb. O, İrəvan hakimiyyətinə nə qədər biət etsə də, ona qeyd-şərtsiz etibar olmayacaq. Bu dairələrin vəzifəsi Şahramanyanı oyundan kənarlaşdırmaq və onun yerinə Samvel Babayanı (müharibə cinayətkarı - red.) irəli çəkmək, sonuncunu Qarabağ ermənilərinin işlərinə məsul şəxs təyin etməkdir. Bu yaxınlarda Babayan və Şahramanyan Qarabağ sakinlərinin evlərinə qayıtması məsələsini müzakirə etmək üçün görüşüblər. Babayan yenidən Qarabağ ermənilərinin qaytarılması məsələsini həll etmək üçün Azərbaycanla danışıqlara təkidlə icazə istəyib. Əgər o, bu işi bacarmasa, o zaman Qarabağ ermənilərini Zəngəzurda (Sünik) kompakt şəkildə yerləşdirməyə çalışacaq”, - məlumatda deyilir.



Xəbər xətti