Qagik Xaçatryan və Köçəryan ailələrinin qeyri-qanuni mənşəli mülkləri ilə bağlı işlər əslində qalmaqallıdır. Bunlar qeyri-qanuni yolla əldə edilmiş pullardır. Sedrak Köçəryan (Robert Köçəryanın oğlu – red.) 19 yaşında bizneslə məşğul olmağa başlayıb, 20 yaşında böyük maliyyə axını olub. Rəqəmlər o qədər böyükdür ki, onları xatırlaya bilmirəm.
Sitat.info xəbər verir ki, bunu Ermənistanın Baş prokuroru Anna Vardapetyan bildirib.
“Robert Köçəryana yaxın biznesmen Samvel Mayrapetyana məxsus bir sıra mülklər də şübhəli mənşəyə malikdir və onların müsadirəsi ilə bağlı prokurorluq iddia qaldırıb”, - Vardapetyan bildirib.