Praqadakı silahlı basqından son məlumatlar: 11 ölü, 25 yaralı

20:02 21 Dekabr 2023

Çexiyanın paytaxtı Praqada Çarlz Universitetinin fəlsəfə fakültəsinə edilən silahlı hücumda ilkin məlumatlara görə, hücum edən şəxs də daxil olmaqla 11 nəfər ölüb, 25 nəfər yaralanıb.
Sitat.info xəbər verir ki, Çexiyanın paytaxtı Praqanın Yan Palaç meydanında yerləşən Karl Universitetinin fəlsəfə fakültəsinə silahlı hücum olub. Polisin verdiyi açıqlamada hücumda ölən və yaralananların olduğu və ərazinin təhlükəsizlik perimetri altına alındığı bildirilib. Camaatı ərazidən uzaq durmağa çağıran polis hücumçunun zərərsizləşdirildiyini və universitetin boşaldıldığını açıqlayıb.

Şahidlərin bildirdiyinə görə, hücum edən şəxs məktəbin damından polisə atəş açıb. Ətrafdakıların lentə aldığı görüntülərdə insanların təşviş içində məktəbin yerləşdiyi ərazidən qaçdığı görülüb.

Nərgiz,

Sitat.info



Xəbər xətti