“Qırmızı Körpü”də neçə avtomobil gözləyir?

14:36 22 Dekabr 2023

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 687 avtomobil gözləyir.

Sitat.info xəbər verir ki, gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Biləsuvar” gömrük postunda 40, “Mazımqara” gömrük postunda 36, “Samur” gömrük postunda 48, “Xanoba” gömrük postunda 9 yük maşını var. “Astara” gömrük postunda isə maşın yoxdur.

"AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır", - deyə məlumatda qeyd olunub.



Xəbər xətti