Ukraynanın müdafiə naziri Rustem Umerov Fransa şirkətlərini Ukraynada silah istehsal etməyə çağırıb.
Sitat.info xəbər verir ki, Kiyevdə bir qrup fransalı deputatla görüşən Umerov görüşdən sonra sosial media hesabında Ukrayna ilə Fransanın birgə silah istehsalının əhəmiyyətinə toxunub.
Umerov: "Fransa müdafiə şirkətlərinə dedik ki, ortaq istehsala hazırıq. Qoy silahları Ukraynada istehsal etsinlər. Bu çox vacibdir", - deyib.
Kənan
Sitat.info