Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Qəzzaya humanitar yardımın paylanmasına ən böyük maneənin "İsrailin hücumu həyata keçirmə tərzi" olduğunu ifadə edərək Qəzzada heç bir yerin təhlükəsiz olmadığını qeyd edib.
Sitat.info xəbər verir ki, Quterreş keçirdiyi mətbuat konfransında Qəzza ilə bağlı qiymətləndirmələr edib.
Son vaxtlar Qəzzada gedən müharibənin gedişatında ciddi bir dəyişiklik olmadığını və İsrailin davam edən intensiv bombardmanları və quru əməliyyatları zamanı Qəzzada mülki əhalinin effektiv şəkildə qorunmadığını bildirən Quterreş, əksəriyyəti qadın və uşaq olmaqla 20 mindən çox fələstinlinin həlak olduğunu bildirib.
Seymur Bənnayev
Sitat.info