Azərbaycan aviaşirkətləri 2023-cü ildə Naxçıvana və əks istiqamətdə uçuşlar üçün Ermənistana təxminən 90 min avro ödəyib.
Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb.
“2023-cü ildə Azərbaycan aviaşirkətlərinin Ermənistanın hava məkanında aeronaviqasiya xidmətlərindən əldə etdiyi gəlir 90 018,71 avro təşkil edib”, - deyə məlumatda bildirilib.
Xatırladaq ki, Azərbaycan Hava Yolları 2021-ci il oktyabrın 6-dan Bakıdan Naxçıvana sərnişin reysləri həyata keçirmək üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb. Törəmə şirkət olan "Buta Eyrveys" də (Buta Airways) bu marşrut üzrə uçuşlar həyata keçirib.
2022-ci ildə Azərbaycanın milli aviadaşıyıcısı AZAL eyni marşrut üzrə uçuşlar üçün Ermənistana təxminən 112 min avro ödəyib.