HƏMAS: İsrail Qəzzada dinc əhaliyə qarşı terror həyata keçirir

15:02 25 Dekabr 2023

HƏMAS Siyasi Bürosunun üzvü İzzat ər-Rişk bildirib ki, İsrail ordusu Fələstin müqavimətinə qarşı aldığı məğlubiyyətlərə reaksiya olaraq Qəzza zolağında müdafiəsiz dinc sakinlərə qarşı terror həyata keçirir.

Sitat.info xəbər verir ki, Rişk, İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsindəki Əl-Maqazi Qaçqınlar Düşərgəsinə həyata keçirdiyi və 70 fələstinlinin həyatını itirdiyi hava hücumu ilə bağlı yazılı açıqlama verib.

"Nasist ordusu hər dəfə meydanda müqavimət qəhrəmanları qarşısında məğlubiyyətə uğrayanda ABŞ Prezidenti Co Baydenin dəstəklədiyi terrorunu müdafiəsiz mülki insanlara qarşı həyata keçirir. Bu gün Maqazi Qaçqın Düşərgəsinin adını tarixə “nur, qan və şəhadət hərfləri ilə yazdığını və bunun Allahın izni ilə qaçılmaz qələbə qazanacağını” vurğulayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti