Pirotexniki vasitələr satan şəxs saxlanıldı

09:45 26 Dekabr 2023

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı pirotexniki vasitələrin gizli şəkildə satışı ilə məşğul olan rayon sakini saxlanılıb.

Sitat.info xəbər verir ki, onun fəaliyyət göstərdiyi ərzaq mağazasına baxış keçirilən zaman külli miqdarda pirotexniki vasitələr və aksiz markaları ilə markalanmamış siqaret qutuları aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Xəbər xətti