Ukraynada savaş bitən kimi nələr olacaq? - Naumov

14:41 26 Dekabr 2023

İndiki hadisə və bəyanatların apokaliptik görünməsinə baxmayaraq xüsusi hərbi əməliyyatdan sonra çox az şey dəyişəcək və gələcək obyektiv qanunlarla müəyyənləşəcək. Rusiya ilə AB arasında iqtisadi əməkdaşlıq sürətlə bərpa olunacaq. Ənənəvi olaraq “rusofil” ölkələr öndə gedəcək. Rəqiblərdən geri qalıb əlverişsiz vəziyyətə düşməmək üçün alman sahibkarlar da Rusiya ilə müştərək işə qayıtmaq istəyəcəklər.

Sitat.info xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Naumov deyib.

“Lakin sanksiyalar ləğv edilməyəcək, amma Polşa və ya Estoniyanın bir səsi, məsələn, neftlə bağlı məhdudiyyətlərin aradan qaldırılmasına veto qoymaq üçün kifayət edəcək. Rusiya istənilən halda savadlı əhalisi, böyük bazarı, bol resursu, əhəmiyyətli bazar komponentinə malik iqtisadiyyatı olan şəhərləşmiş ölkə olaraq qalacaq. Buna görə də iqtisadi məntiq tərəflərdən yaxınlaşmağı tələb edəcək.

ABŞ-la münasibətlər əvvəlki vəziyyətə qayıdacaq. Hər iki tərəf son nəticədə birbaşa müharibədən qaçmaqda, silahlara nəzarətdə və nüvə texnologiyasının yayılmasına qarşı mübarizədə maraqlıdır. Münasibət soyuq, gərgin, lakin işlək olacaq. Əgər Tramp hakimiyyətə gəlsə, ABŞ-ın daxili problemlərə diqqət yetirdiyini və Çinlə qarşıdurma üzərində dayandığını görəcəyik. Çoxqütblü dünya formalaşmağa davam edəcək - qlobal cənub ölkələrinin artan rolu kifayət qədər obyektivdir və qeyri-Qərb dünyasının təsiri hər halda artacaq. Rusiya güclərin bu konsertində öz səsini tapmalı olacaq: NATO-nu rədd edən ölkənin reputasiyası Rusiyanın əlinə oynayacaq, lakin çoxqütblülük həm də dünya siyasətinin bir-biri ilə razılaşmayan bir çox subyekti deməkdir”, - o bildirib.

Naumov qeyd edib ki, müharibədən sonra da Rusiya aşağı-yuxarı eyni rolu oynayacaq:

“İki potensial hegemon arasında tarazlıq yaratmaq, hər iki tərəfdən faydalanmaq və heç birindən asılı olmamaq! Daxili siyasətdə yumşalma gözləməyin mənası yoxdur, ideoloji monotonluq tendensiyası davam edəcək. Ölkədən gedənlərin nəticəsiz qayıtmasına icazə veriləcək, ən hay-küylü və ictimai tənqidçilər üçün istisna ediləcək”./Axar.az



Xəbər xətti