İsveç Türkiyəyə embarqonu ləğv etdi

12:30 27 Dekabr 2023

İsveç embarqonu ləğv etdi və Türkiyəyə müdafiə ixracı üçün lisenziyalar verməyə başladı.

Sitat.info xəbər verir ki, bunu Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar deyib.

“Parlament komitəsi İsveçin NATO-ya üzvlük təklifini qəbul etdikdən sonra diqqəti cəlb edən hadisə baş verdi. İsveçin uzun sürən embarqodan sonra Türkiyəyə müdafiə sənayesi sahəsində ixrac lisenziyası verməyə başladığı məlum olub”, - Akçapar bildirib.

Qeyd edək ki, İsveç 2019-cu ilin oktyabr ayından Türkiyəyə müdafiə sənayesi təchizatına embarqo qoyub.



Xəbər xətti