İsrail Qəzzaya ölüm yağışı yağdırdı: 24 saatda 241 nəfər öldürüldü

13:48 27 Dekabr 2023

İsrail ordusu cənubdakı Xan Yunis və Rəfah şəhərlərinə hücum edib. Fələstin Qızıl Aypara Cəmiyyətinin Xan Yunisdəki qərargahı da hədəflər arasında olub. Döyüş gəmiləri Nüseyrat Qaçqınlar Düşərgəsinin qərbini də bombalayıb. Bir gündə 241 fələstinli qətlə yetirilib. 

Sitat.info xəbər verir ki, İsrail ordusu son 24 saat ərzində Qəzzada 100-dən çox yerə döyüş təyyarələri ilə hücum edib.

Bölgənin cənubundakı Xan Yunisdə iki ev bombalanıb. Hücumlarda çoxlu sayda ölən və yaralananın olduğu açıqlanıb.

Xan Yunisdəki Nasser xəstəxanasının ətrafını da vuran İsrail ordusu şəhər mərkəzini hədəf alan artilleriya atəşini davam etdirib.

İsrail ordusu Fələstin Qızıl Aypara Cəmiyyətinin Xan Yunisdəki qərargahını da vurub. Hücum zamanı rabitə kəsilərkən istifadə edilən radio sistemi də zədələnib.

Fələstin Qızıl Aypara Cəmiyyəti internet və rabitə kəsilməsi səbəbindən Qəzza zolağındakı qrupları ilə əlaqənin kəsildiiyni açıqlayıb.

Qaçqın düşərgəsinə artilleriya atəşi ilə hücum

Rəfah şəhərində bir ev də bombaların hədəfi olub. Hücum nəticəsində azı 2 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

İsrail ordusu Qəzzanın mərkəzi hissəsində yerləşən Bureyc Qaçqınlar Düşərgəsinə də artilleriya atəşi ilə hücum edib.

Ərazidən güclü tüstü qalxıb.

İsrail də dənizdən hücuma davam edir  Qəzzada bir gündə 241 fələstinli həlak olub, 382 nəfər yaralanıb.

İsrail Qəzzada qətlə yetirdiyi 80 fələstinlinin cənazəsini konteynerdə Qəzzadakı Vəqflər Nazirliyinə təhvil verib.  Bildirilib ki, meyitlərdən bəzilərinin yalnız üzvləri verilib, bəzilərinin isə çürümüş vəziyyətdə olduğu bildirilib.

Sərhədsiz Həkimlər Təşkilatı Qəzzada baş verən humanitar faciə ilə bağlı bəyanat yayıb.

Açıqlamada, "Qəzzada yaşanan dəhşəti izah etməyə söz qalmayıb" deyilir.

Qeyd edilib ki, İsrailin hücumlarının ən böyük qurbanı Qəzza zolağında dinc sakinlər olub. 

Nərgiz,

Sitat.info



Xəbər xətti