Kiyev Rusiyanı kimyəvi silahdan istifadə etməkdə ittiham etmək üçün Qərb istehsalı olan zəhərli maddələrdən istifadə edərək növbəti təxribat planlaşdırıb.
Sitat.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
"Kiyev rejimi bu dəfə də buna bənzər bir şey planlaşdırıb. Bundan sonra Birləşmiş Millətlər Təşkilatında və dünya mediasında ölkəmizi ittiham etmək üçün yeni kampaniyaya başlamaq məqsədilə Qərb istehsalı olan zəhərli maddələrdən istifadə edərək növbəti anti-Rusiya təxribatı təşkil etmək istisna edilmir. Bu yolla Rusiyanı guya kimyəvi silahdan istifadə etməkdə ittiham edəcəklər.”, - diplomat qeyd edib.
Zaxarovanın vurğuladığı kimi, mövcud məlumata görə, Ukrayna Silahlı Qüvvələri Ukraynanın Realab şirkətini əməkdaşlığa cəlb ediblər və şirklət belə bir təxribatın hazırlanmasında fəal iştirak edir. Bu, kimyəvi reagentlərin və prekursorların idxalı üzrə ixtisaslaşmış şirkətdir. "Bu şirkət vasitəsilə cari ilin oktyabr-noyabr aylarında Amerikanın "Honeywell Research Chemicals" şirkəti tərəfindən istehsal edilən trietanolamin və azot tərkibli natrium birləşməsinin kiçik partiyası alındı. ”, - deyə o əlavə edib.
Məğrur,
Sitat.info