HƏMAS: Yeni məhbus mübadiləsi üçün Qəzzaya hücumlar dayandırılmalıdır

23:18 27 Dekabr 2023

Həmas Siyasi Bürosunun üzvü Usamə əl-Həmdan bildirib ki, İsraillə yeni məhbus mübadiləsinin vacib şərti Qəzzaya hücumların tamamilə dayandırılmasıdır.

Sitat.info xəbər verir ki, Həmdan Livanın paytaxtı Beyrutda HƏMAS-ın ofisində keçirdiyi mətbuat konfransında İsrailin Qəzzaya hücumları və atəşkəs ehtimalından danışıb.

Son zamanlar məhbus mübadiləsi danışıqları ilə bağlı təşəbbüs və təkliflərdən çox danışıldığını bildirən Həmdan deyib: "Həmasın buradakı dəqiq mövqeyi budur ki, nasistlərin (İsrail) xalqımıza qarşı cinayətkar hücumları dayandırılmalıdır".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti