Zelenski yalnız müharibə düşünür, sülh istəmir - Lavrov

09:38 28 Dekabr 2023

Ukrayna Prezidenti Vladimir Zelenskinin nümayəndələri müharibə nöqteyi-nəzərindən düşünürlər, onların sülhə iradəsi yoxdur.

Sitat.info xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Biz Zelenski rejiminin sülh iradəsinin olmadığını qeyd etməyə məcburuq. Onun nümayəndələri müharibə nöqteyi-nəzərindən düşünür və çox aqressiv ritorikaya əl atırlar”, - Lavrov bildirib.



Xəbər xətti