Qırğızıstanın xüsusi xidmət orqanları respublikanın cənubundakı Cəlalabad şəhərində kilsəyə hücumun və Yeni il ağacının yanında terror aktına cəhdin qarşısını alıb.
Sitat.info xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin mətbuat xidmətində məlumat yayıb.
Məlumata görə, Cəlalabadda terrorla mübarizə tədbirləri zamanı “İslam Dövləti - Vilayəti Xorasan” beynəlxalq terror təşkilatının üzvü olan 16 yaşlı iki nəfər saxlanılıb:
“Bu şəxslər məsafədən internet vasitəsilə terror qrupunun sıralarına cəlb ediliblər. Onlar terrorçuların göstərişi ilə Cəlalabad şəhərinin mərkəzi meydanındakı əsas yolka önünə PUA (kustar üsulla hazırlanmış partlayıcı qurğu - red.) yerləşdirmək, həmçinin Cəlalabadda Müqəddəs Məryəmin Uğrunda kilsəsinə terror hücumu və silahlı hücum təşkil etmək niyyətində olub”.