"Qış turizmi gəlirlərdə yüksək paya malik olacaq” - Millət vəkili

15:43 28 Dekabr 2023

“Qış turizmi ölkəyə daha çox valyuta cəlb edilməsinə imkan yaradır. Hər mövsüm olduğu kimi bu dəfə də qış turizminin ölkəyə valyuta cəlb edəcəyi gözlənilir. Qış turizmi Azərbaycanda turizm xidmətlərində sözsüz paya malik olan istiqamətlərdəndir. Son illərdə isə bu sahəyə maraq daha da artıb”.

Bunu millət vəkili Vüqar Bayramov  deyib. 

Onun sözlərinə görə, ölkə ərazisində infrastruktur formalaşdırılıb, kifayət qədər imkanlar var və təbii ki, daha çox turistin cəlb edilməsi mümkündür. Digər tərəfdən isə qış turizminə marağın artması qlobal olaraq müşahidə olunur:

“Bu il də qış turizmi Azərbaycanda turizm gəlirlərində yüksək paya malik olacaq. Ümumiyyətlə, növbəti illərdə qış turizminin bu sektordakı payının artması gözlənilir. Xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda da qış turizminə üstünlük veriləcək”. /Bakupost



Xəbər xətti