Bu bölgədə 6.5 ballıq zəlzələ oldu

16:49 28 Dekabr 2023

Rusiya və Yaponiya yaxınlığındakı Kuril adaları sahillərində saat 12.15-də 6,5 bal gücündə zəlzələ baş verib.
Sitat.info xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Kuril adalarından təxminən 113 kilometr cənub-şərqdə olduğunu bildirib.

İlkin məlumata görə, yerin təxminən 23,8 kilometr dərinliyində baş verən 6,5 bal gücündə zəlzələdə can və ya mal itkisi olmayıb.

Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.

Kuril adaları kimi tanınan adalar silsiləsi Sakit okeanın şimalını Oxot dənizindən ayırır. Adaların bir tərəfində Yaponiyanın Hokkaydo adası, digər tərəfində isə Rusiyanın Kamçatka yarımadası yerləşir.

Ayna,

Sitat.info



Xəbər xətti