Bu gün günorta saatlarında Bərdə rayonu, Mustafaağalı kənd sakini, 19 yaşlı Seyidli Cahan yaşadığı evdən 4 nəfər tərəfindən qaçırılıb.
Sitat.info xəbər verir ki, qızın anası Gülnar Seyidova məlumat verib.
O bildirib ki, qızını qaçıran həmin kəndin sakini , hazırda evli olan 1983-cü il təvəllüdlü 2 uşaq atası olan Elçin Salahovdur.
Ailə məsələ ilə bağlı Bərdə Rayon Polis İdarəsinə müraciət etsə də, hər hansı araşdırılma aparılmayıb: “ Bərdə rayonun polis bölməsinin tədqiqatçısı Röyal müəllimə müraciət etdik. Lakin qızımın qaçırılması ilə bağlı şikayətimə baxılmadı. Bizi isə arxayın saldı”.
Yaxınları deyir ki, Seyidli Cahan hazırda Kətəlparaq kəndində gizlədilir.
Sitat.info