İsraildə hökumətlərarası böhran dərinləşir

14:53 29 Dekabr 2023

İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotrich Müharibə kabinetinin üzvü Benni Qantsı hədəfə alıb və Qəzza zolağı ilə bağlı “strategiyaların” Təhlükəsizlik Kabinetində müzakirə olunmasını tələb edib.

Sitat.info xəbər verir ki, İsraildə oktyabrın 7-dən sonra yaradılan Hərbi Nazirlər Kabineti ilə Hökumət Kabineti arasında böhran dərinləşir.

Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi sağçı hökumətin maliyyə naziri Smotrich, Müharibə Kabinetinin üzvü və keçmiş müdafiə naziri Qantsı hədəf aldı.

Kənan

Sitat.info



Xəbər xətti