İsrail ordusu oktyabrın 7-də Qəzza zolağına hücumlara başladığı gündən bəri Birləşmiş Millətlər Təşkilatının (BMT) bölgədəki mərkəzlərinə sığınan 308 fələstinlini öldürüb.
Sitat.info xəbər verir ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İctimai İşlər üzrə Təşkilatının (UNRWA) X sosial media platformasında mövzu ilə bağlı açıqlama verilib.
Açıqlamada, İsrail ordusunun dekabrın 25-də Qəzzanın mərkəzi hissələrində yerləşən Meqazi Qaçqınlar Düşərgəsindəki UNRWA-ya bağlı məktəbi birbaşa hədəfə aldığı, 2 fələstinlinin öldüyü, 1 nəfərin yaralandığı bildirilib.
Seymur Bənnayev
Sitat.info