Səudiyyə Ərəbistanı Mədən Şirkəti (Maaden) paytaxt Ər-Riyadın qərbində, Mansura-Massara qızıl mədəninin 100 kilometr cənubunda böyük qızıl yataqlarının tapıldığını açıqlayıb.
Sitat.info xəbər verir ki, "Maaden" tərəfindən edilən yazılı açıqlamada, bunun şirkətin 2022-ci ildə başladığı intensiv qazma proqramı çərçivəsində ilk kəşf olduğu bildirilib.
Açıqlamada Mənsurə-Məssərə mədəninin cənubunda 100 kilometrlik ərazidə bir çox yerdə qazma işləri aparıldıqdan sonra ümidverici nəticələr əldə edildiyi bildirilib və qeyd edilib:
"Bölgənin beynəlxalq standartlarda mühüm qızıl kəmərinə çevrilməsi ilə bağlı böyük gözləntilər var. Qazma nəticələri göstərir ki, mədəndə zəngin sərvət var və yeraltı işlənmə yolu ilə mədənin ömrünü uzatmaq olar".
Seymur Bənnayev
Sitat.info