“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi 2023-cü ilin yekun hesabatını təqdim etdi

17:38 29 Dekabr 2023

 “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi 2023 cü ilin qısaldılmış yekun hesabatında bildirir:

Təşkilat 2023 cü ilin 12 ayında bir neçə istiqamət üzrə fəaliyyət göstərmişdir. Təşkilat il ərzində müxtəlif istiqamətlər daxil olmaqla, ümumilikdə 8988 nəfəri əhatə etmişdir.

Maarifləndirmə işi üzrə;

Tədqiqatların aparılması üzrə:

Sığınacaq fəaliyyəti üzrə;

Monoitorinq üzrə;

Günərzi mərkəz üzrə Yardım xətti üzrə həssas vəziyyətdə olan əhali qrupuna dəstək göstərmişdir.

1. Maarifləndirmə proqramı üzrə təşkilat gender əsaslı zorakılığa dair iki istqiamət üzrə:

Məişət zorakılığı İnsan alveri problemi üzrə marrifləndirmə işləri aparmışdır.

Məişət zorakılığı üzrə maaridləndirmə işində təşkilatın bu dəfəki hədəf qrupu əsasən kişilər olmuşdur. Kişilər arasında maarifləndirmə işi – Bakı, Kürdəmir, İmişli, Sabirabad, Saatlı və Şirvan şəhərlərində olmuşdur. Məişət zorakılığı ilə bağlı məlumatlandırma qrupuna polsi əməkdaşları aid olmuşdur. Belə ki, Şirvan, Sumqayıt, Xəzər, Binəqədi və Abşeron rayon Polis İadərlərinin əməkdaşları üçün məişət zorakılığı qurbanları ilə işin təşkilinə dair seminarlar aparılmışdır.

DULUT – təcavüz tördən şəxslərlə sosial işin təşkili üzrə 30 nəfər sosil işçi, 30 nəfər psixoloq hazırlanmışdır.

O cümlədən, Bakı Binzes universitetinin sosil iş ixtisası alan tələbələr üçün də belə seminarlar təşkil edilmişdir.

İnsan alveri probelmi sahəsində KİV əməkdaşaları üçün təlimlər, Rəqəmsal inkişaf Nazirliyi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Diasporalarla iş üzrə Dövlət Komitəsi, Turizm Agentliyinin əməkdaşları ilə Dəyirmi Masalar keçirilmişdir

2. Tədiqiqat işlər üzrə, təşkilar bu il ərzində üç tədqiqat işini aparmışdır.

  •  “Azərbaycan Respublikasının vətəndaşı olan kişilərin gender əsaslı zorakılığa münasibətinin öyrənilməsi”- tədqiqatın həcmi 180 səhifə
  •  İnsan alverinə şərait yaradan halların müəyyən edilməsi və onların aradan qaldırılmasına dair tədqiqat- tədqiqatın həcmi 150 səhifə
  •  Miqrantaların HİV/AİDS xidmətlərinə çıxışın əlçatanlığı mövzusunda aparılmışdır.

3. Genderəsaslı zorakılıq qurbanlarına təhlükəsiz sığınacağın təşkili üzrə fəaliyyədə, təşkilat il ərzində ümumilikdə 679 nəfərə xidmət göstərmişdir. Onlardan 320 qadın, 359 uşaq olmuşdur. Sığınacağın xidmət paketinə:

  • Təhlükəsiz yer
  • Qia
  • Geyim
  • Hüquqi yardım,
  • Psixoloji Yardım,
  • Tibbi yardıma istiqamətləndirmə
  • Təhsilə bərpa
  • Peşə bacarıqlarının artırılması daxildir.

Sığınacaq xidmətindən tam xidməti paketi ilə təmin edilənlər 586 nəfər qadın və uşaq;

Natamam xidmət paketindən bəhrələnənlər 73 nəfər qadın və uşaq olmuşdur.

4. Monitorinq üzrə təşkilat genderəsaslı zorakılıqla bağlı KİV-in monitorinqini aparmışdır

5. Günərzi Mərkəzi üzrə 157 nəfər ailə müraciət etmişdir. Belə ki, uşaqları nəzəarətsiz qalmaqdan ehtiyat edib, işləyə bilməyən tək anaların uşaqlarına dəstək üçün hər ay 30 nəfər uşağa dəstək göstərilmişdir. Uşaqların qida, geyim, təhsil və sağlamlıq məslələrinə dəstək gsötərilmişdir.

6. Yardım xətti üzrə müraciətlərin sayı 4395 nəfər olmuşdur. Əsas müraciətlər, sosial problemlər- evsizlik, təhlükəsizlik - sığınacaq axtarışında olanlar, hüquqi məsləhət, ilkin psixoloji dəstəklə bağlı olmuşdur.

7. Əməkdaşlıq- Təşkilat DİN, Sosial Xidmətlrə Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitə, Ədliyyə Nazirliyi, Yerli İcra Hakimiyyətləri, TƏBİB, Səhiyyə Nazirliyi, Ombudsman Aparatı və digər qurumlarla sıx əməkdaşlıq etmişdir. O cümlədən Ali Təhsil müəssisəslərinin tələbləri üçün könüllük proqramları da qeyd edilən əməkdaşlığa aid edilmişdir. 

Sitat.info




Xəbər xətti