Yanvarın 2-də hava çirkliliyinin təhlükəli səviyyəyə çatması səbəbindən Təbriz və Üskü şəhərlərində məktəblərdə tətil edilib.
Sitat.info xəbər verir ki, bu barədə Şərqi Azərbaycan valiliyinin Böhran İdarəetmə Mərkəzinin rəhbəri Mürtəza Minuyi məlumat yayıb.
O, bununla yanaşı uşaqların, hamilə qadınların, qocaların və xəstəliyi olan şəxslərin açıq havaya çıxmamalarını da tövsiyə edib.