Yaponiyanın qərbindəki Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 78-ə yüksəlib.
Sitat.info xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, yanvarın 1, 2 və 3-də Noto yarımadasında və İşikava sahillərində 5-7 bal gücündə zəlzələlər baş verib.
Bu gün yarımada regionunda yerli vaxtla saat 00.36-da 4.8 və yerli vaxtla 04.38-də 4.9 bal gücündə daha iki zəlzələ qeydə alınıb. Zəlzələlərin davam etdiyi bildirilib.
50-dən çox insanın taleyi məlum deyil
İşikava əyalət qubernatorluğu bölgədə baş verən zəlzələlərdə 78 nəfərin həyatını itirdiyini, 300-dən çox yaralının isə bölgə daxilində müalicə olunduğunu açıqlayıb.
Ştat üzrə 165 məktəb və obyektdə qismən ziyan aşkar edilərkən, 30 mindən çox insanın məktəb və idman zalları kimi evakuasiya məntəqələrində qaldığı açıqlanıb.
Noto yarımadasında davam edən yağışın sürüşmələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.
Bildirilib ki, rayon üzrə 50-dən çox insanın taleyi məlum deyil.
Rayona ağır tikinti texnikası daşınır
Bölgəyə ezam olunmuş Yaponiya Özünümüdafiə Qüvvələrinin (SDQ) 2 min nəfərlik şəxsi heyətinin axtarış-xilasetmə işlərində iştirak etdiyi, lazımi materialların tədarükü üçün SDQ helikopterlərindən istifadə edildiyi vurğulanıb.
Ayna,
Sitat.info