Kirmanda törədilən terror aktı nəticəsində ölənlərin sayı 84-ə çatıb

14:03 4 Yanvar 2024

İranın Kirman vilayətində Qasım Süleymaninin məzarı yaxınlığında törədilən iki ayrı partlayışda ölənlərin sayı 84-ə, yaralananların ümumi sayının 284-ə çatdığı açıqlanıb.

Sitat.info xəbər verir ki, İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, terror aktından sonra Kirmana gedən daxili işlər naziri Əhməd Vahidi hadisə ilə bağlı açıqlama verib.

Partlayışdan sonra 103 olaraq deyilən,  daha sonra 95 olaraq yenilənən ölü sayının məhkəmə-tibb məlumatlarına əsasən 84 olduğunu bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti