Qazaxıstanda avtobus 150 metr dərinliyi olan quyuya düşdü - Ölənlər var

15:00 4 Yanvar 2024

Qazaxıstanda avtobus mədən yaxınlığında yerləşən 150 metr dərinliyi olan quyuya aşıb.

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində iki nəfər ölüb.

Məlumata görə, hadisə Pavlodar vilayətindəki Maykainski mədənində baş verib. Avtobus uzunluğu 200 m, eni 500 m və dərinliyi 150 m olan təmizləmə quyusuna düşüb.

Avtobusda üç xilasedici və bir sürücü olub, iki nəfərin cəsədi artıq çıxarılıb.



Xəbər xətti