Cəlilabadda tələbə qızılcadan vəfat etdi

17:36 4 Yanvar 2024

Cəlilabad rayon sakini qızılca xəstəliyindən vəfat edib.

Sitat.info Report-a istinadən xəbər verir ki, rayonun Sabirabad kənd sakini Sevil Cabbar qızı İbayeva bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Məlumata görə, o, ötən ayın 26-da xəstəxananın infeksion xəstəliklər şöbəsində qızılca xəstəliyindən müalicə alırmış.

Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kursunda təhsil alırdı.



Xəbər xətti