Şəmkir sakini Gəncədə bıçaqlanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Kür qəsəbəsi sakini, 1972-ci il təvəllüdlü P.Hüseynova bıçaq xəsarəti alıb.
O, xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumatlara görə, qadını yaxını olan şəxs bıçaqlayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.