"Kristal Abşeron" MTK Yasamal rayonunun "Qanlı göl" qəsəbəsində yaşayan sakininin evini başına uçurur, ailəni məcburi köçürməyə çalışır.
Sitat.info xəbər verir ki, "Kristal Abşeron" MTK kompensasiya məbləği olaraq, evin kvadrat metrinin qiymətini 1000 AZN hesablamalı olduğu halda, ev sahibini məcbur edərək 300 AZN-lik müqavilə bağlatdırmağa çalışır.
Şirkət, evdə yaşayış ola-ola binanın ətrafını qazaraq təhlükəli vəziyyət yaradıb. Su, qaz və işığı kəsərək ev sahibini həmin ərazini tərk etməyə məcbur edir.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə və Yasamal Rayon İcra Hakimiyyətinə məlumat verilsə də, heç bir tədbir görülməyib.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Türkan,
Sitat.info