İranın Kirman əyalətində Qasım Süleymaninin məzarının yerləşdiyi qəbiristanlıq yaxınlığında baş verən 2 ayrı partlayışda daha 5 nəfərin həyatını itirməsi ilə ölənlərin sayının 89-a çatdığı bildirilib.
Sitat.info xəbər verir ki, İranın rəsmi agentliyi İRNA, Kirman valiliyi rəsmilərinə əsaslanaraq verdiyi xəbərdə terror aktında həyatını itirənlərin sayının 89-a çatdığını bildirib.
Xəbərdə daha əvvəl 84 olaraq açıqlanan ölü sayının bəzi yaralıların ölməsi ilə 89-a yüksəldiyi bildirilib.
Ölənlər arasında 12 uşaq, 33 qadın, 12 nəfərin isə Əfqanıstan vətəndaşı olduğu qeyd edilib.
Partlayış nəticəsində yaralananların sayı isə 284 nəfərdir.
Kənan
Sitat.info