Keniya bütün ölkələr üçün viza tələbini qaldırır

18:21 5 Yanvar 2024

Keniya, ölkəyə viza tələbinin ləğv edildiyini açıqladı.

Sitat.info xəbər verir ki, Milli mətbuatda yer alan xəbərə görə, Keniya İmmiqrasiya İdarəsinin baş katibi Julius Bitok, vizasız daxil olan ilk sərnişinlərin Jomo Kenyatta hava limanına endiyi məlumatını paylaşıb.

Bitok ziyarətçilərin Keniyaya Elektron Səyahət Authorization (ETA) sistemindən istifadə edərək daxil olduqlarını və bu yolla viza almalarına ehtiyac olmadığını bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti