Nazirlikdən Aygün Bəylərin ölüm xəbəri ilə bağlı AÇIQLAMA

21:01 6 Yanvar 2024

Azərbaycan Respublikasının əməkdar artist Aygün Hümmətova (Bəylər) haqqında yayılan ölüm xəbərləri həqiqəti əks etdirmir.

Musavat.com xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova məlumat verib.

"Saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcək. Hazırda süni tənəffüs aparatına qoşulub", - o deyib.

*********************************

Əməkdar artist Aygün Bəylər vəfat edib.

Axşam.az-ın əldə etdiyi məlumata görə, o, bu gün Ankarada müalicə aldığı xəstəxanada düyasını dəyişib.

Xəbəri Axşam.az-a onun yaxın dostu, Əməkdar artist Çingiz Əhmədov təsdiqləyib.

"Prodüseri Raminlə danışırdım, vəziyyəti yaxşı deyildi. İndi dedi ki, vəfat edib. Nəşini bu gecə Bakıya gətirəcəklər", - deyə aktyor əlavə edib.

Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmışdı.



Xəbər xətti