Yaponiyada baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 180-ə yüksəlib

10:43 9 Yanvar 2024

Yaponiyanın qərbindəki İşikava əyalətində və bu bölgədəki Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 180-ə yüksəlib.

Sitat.info xəbər verir ki, İşikava əyalət qubernatorluğundan verilən açıqlamada, yanvarın ilk həftəsində baş verən çoxsaylı zəlzələlərdə həyatını itirənlərin sayının 180-ə yüksəldiyi bildirilib.

Açıqlamada, ştat üzrə 28 mindən çox insanın təxliyyə məntəqəsində qaldığı, 3 min 300 nəfərin isə bağlı yollar səbəbindən qapalı vəziyyətdə qaldığı bildirilib.

Türkan

​​​​​​​Sitat.info



Xəbər xətti