Azərbaycanda rekord sayda insan işlə təmin olunub

12:45 9 Yanvar 2024

 

2023-cü ildə Azərbaycanda rekord sayda insan işlə təmin olunub.

Sitat.info xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli yanvarın 9-da keçirdiyi mətbuat konfransında söyləyib.

M.Abbasbəyli bildirib ki, bu göstərici digər illərə nisbətən rekord sayda olub. Belə ki, 2021-ci ildə 77 min 640 nəfər, 2022-ci ildə isə 39 min 248 nəfər işlə təmin olunub. 2023-cü ildə bu göstərici 118 min 398 olub.



Xəbər xətti