Sərhədi pozaraq Avropaya qaçmaq istədi

14:45 9 Yanvar 2024

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan İslam Respublikası vətəndaşı 1999-cu il təvəllüdlü Süleyman Javed Masıh saxlanılıb.

Bu barədə Sitat.info-ya Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən məlumat verilib.

Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.



Xəbər xətti