Atasığorta ASC-nin İdarə Heyətinin sədri Xətai İsmayılov işdən çıxıb.
Sitat.info xəbər verir ki, bu barədə Report-a şirkətdən bildirilib.
Məlumata görə, sədr vəzifəsinin icrası onun müavini Seymur Əliyevə həvalə edilib.
Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, Ata Holdinq MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100 % adı çəkilən holdinqə məxsusdur.