İstanbulda imamı bıçaqlayan şəxs həbs edildi

20:30 9 Yanvar 2024

Türkiyənin İstanbul şəhər məhkəməsi məsciddə imamı bıçaqlayan şəxsi həbs edib.

Sitat.info xəbər verir ki, bu barədə "Habertürk" telekanalı məlumat yayıb.

İstintaqın məlumatına görə, hücum edən şəxs Bursa şəhərindən İstanbula gəlib və onun kriminal keçmişi var. Həmçinin psixoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, hadisə ötən gün baş verib. Bıçaqlı hücum nəticəsində Fateh məscidinin imamı və daha bir şəxs xəsarət alıb.



Xəbər xətti